AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Bu ağır günlərdə İtaliya hökuməti adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Atanız, mərhum Prezidentlə keçirdiyimiz və böyük maraq kəsb edən görüşləri mən yaxşı xatırlayıram. Əminəm ki, onun adı Azərbaycan tarixində əbədi olaraq qalacaqdır.
Cənab Prezident, Sizinlə yenidən görüşmək şərəfinə layiq olmaq ümidi ilə, Sizə ən yüksək hörmət hisslərimi izhar edirəm.
Marqerita Boniver İtaliya xarici işlər
nazirinin müavini
Roma, 15 dekabr 2003-cü il.