AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Atanız, Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük kədər və hüznlə eşitdik.
Zati-alilərinizə, ailənizə və qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir, Ulu və Qadir Allaha dua edirik ki, Ona geniş rəhmətini əta etsin, məğfirət qapılarını Onun üzünə açsın və Onu Cənnətin ən gözəl guşələrində məskun etsin.
“Biz hamımız Allaha məxsusuq və Onun dərgahına qayıdacağıq!”
Sultan bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanı Məmləkəti
Baş nazirinin II müavini, müdafiə və
aviasiya naziri.