AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən əminəm ki, ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər qarşıdakı illərdə maraqlarımıza uyğun olaraq güclənəcək və bizə xoşbəxtlik gətirəcəkdir.
Mən bu imkandan istifadə edərək istərdim ki, Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, yaxşı əhval-ruhiyyə, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzularımı yetirim.
Zati-aliləri,
Xahiş edirəm yüksək ehtiram hisslərimi qəbul edəsiniz.
General Pərviz Müşərrəf
Pakistan İslam Respublikasının Prezidenti
17 may 2004-cü il