Azərbaycan şairinin şeirləri Amerikada nəşr olunub
Bakı, 14 mart, AZƏRTAC
XVI əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirlər toplusu Amerika Birləşmiş Ştatlarında çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, şairin şeirləri Tehran Universiteti, Firdovs Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanılan əlyazmaları əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində Nəvai və Füzulinin təsiri aydın surətdə görülməkdədir.
Kitabın tərtibçisi Cənubi Azərbaycan tədqiqatçısı Firuz Rifahi, “Ön söz”ünün müəllifi və rəyçisi AMEA Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]