Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib
Bakı, 18 yanvar AZƏRTAC
Azərbaycan Stolüstü Tennis Federasiyasının Ümumi Yığıncağında ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə stolüstü tennisin 2015-2020-ci illərdə inkişaf planına müvafiq olaraq görülmüş və nəzərdə tutulan işlər ətraflı müzakirə edilib.
İclasda Azərbaycanda stolüstü tennisin tarixində ilk dəfə ötən ilin fevralında Fransanın Metz şəhərində keçirilmiş turnirdə yeniyetmə oğlanlarımızın gümüş, iyulda Zaqrebdə gənclərin Avropa çempionatından idmançılarımızın 1 gümüş və 3 bürünc ilə qayıtmaları idmanın bu növünün ölkəmizdə uğurlu gələcəyindən xəbər verdiyi vurğulanıb.
İclasda, həmçinin Federasiyanın qarşısında duran ən mühüm vəzifə - IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri də fəal müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]