Azərbaycan tələbələri adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və sıralarında ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən 101 Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı ölkəmizin bütün tələbələri və Tələbə Gənclər Təşkilatları adından bəyanat yayıb.
ATGTİ-dan AZƏRTAC-a daxil olan bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadla qeyd edilib ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi yerli əhaliyə, Araz, Kür çaylarının və Xəzər dənizinin bioresurslarına və ekosisteminə ciddi təhdid yaradır.
Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalayıb, nə də ona könüllü şəkildə əməl edib.
İngilis dilində hazırlanan bəyanat ATGTİ tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.
Müraciətdə beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı bu məsuliyyətsiz hərəkətlərinin dayandırılmasına dair çağırış edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]