Azərbaycan Texniki Universitetinin rektoru I kurs tələbələri ilə görüşüb
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2021/2022-ci tədris ilində universitetə qəbul olunan I kurs tələbələri ilə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor tələbələrə universitetdə görülən işlər və yaxın zamanlarda həyata keçiriləcək yeni layihələr barədə məlumat verib. Daha sonra tələbələrin sualları cavablandırılıb.
Görüşdə universitetin prorektorları, dekanları və kafedra müdirləri də iştirak edib.