AZƏRBAYCAN TOKİODA KEÇİRİLƏN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK EDİR
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycan sentyabr ayının 24-də Yaponiyanın Tokio şəhərində açılmış “JATA” Beynəlxalq turizm sərgisində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmiz Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və bir sıra tanınmış turizm şirkətləri ilə təmsil olunur.
Bu nüfuzlu sərgidə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi ilə yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğat vasitələri nümayiş etdirilir. Sərgidə, həmçinin milli üslubda hazırlanmış lövhə quraşdırılmışdır.
Beynəlxalq sərgi sentyabrın 26-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]