Azərbaycan triatlonçusu Afrika kuboku yarışında birinci olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Afrika kuboku yarışında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, atletimiz Mərakeşin Tanjir şəhərində təşkil olunan yarışda sprint məsafədə 43 idmançı arasında fərqlənib.
Təmsilçimiz 750 metrlik üzgüçülük, 20 kilometrlik velosiped sürmə, 5 kilometrlik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edib.
İdmançımızla rəqabət aparan Almaniya təmsilçisi Yanik Şafler çempionumuzun əzmkarlığı qarşısında tab gətirə bilməyib və ikinci yerlə kifayətlənib. Fəxri kürsünün üçüncü pilləsində isə ispaniyalı Anxel Sançez Kareas qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]