Azərbaycan Turizm İnstitutunun tələbələri “Otel menecmenti treninq proqramları” çərçivəsində təlimdə iştirak etmişlər
Bakı, 2 dekabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbələri üçün “Otel menecmenti treninq proqramları” çərçivəsində təlim təşkil olunmuşdur.
Təlim institutun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Proqramın əsas məqsədi otel idarəçiliyinin spesifik sahələri üzrə təlimlərin təşkilindən ibarətdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ünsiyyət” mövzusuna həsr olunmuş təlimdə “Jumeirah Bilgah Beach” oteli insan resursları şöbəsinin meneceri Pankaj Singh iş zamanı düzgün davranış və nitq etikasından danışmışdır.
Təlimdə, həmçinin tələbələr üçün rol-oyunlar təşkil olunmuş, ünsiyyət zamanı “bədən dilinin” mühümlüyünə həsr olunmuş xüsusi təqdimat nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]