Azərbaycan Turizm İnstitutunun tərəfdaşlarının sayı artmışdır
Bakı, 1 yanvar (AZƏRTAC). Yola saldığımız 2010-cu il Azərbaycan Turizm İnstitutu (ATİ) üçün ilk məzunlarının buraxılışı ilə əlamətdar olmuşdur.
Azərbaycan Turizm İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, 14 məzuna ATİ-i ilə bərabər, həm də bu ali təhsil ocağı ilə tərəfdaş olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim edilmişdir. Bundan əlavə, ATİ Almaniyanın Yade və Şimali Kiprin Doğu Akdeniz universitetləri ilə tərəfdaşlıq haqqında müqavilə bağlamışdır.
Ümumilikdə institut beynəlxalq əlaqələrini ilbəil genişləndirir. İnstitutun tələbələri təhsil və təcrübə keçmək məqsədi ilə Yunanıstana, Türkiyəyə, Şimali Kiprə göndərilir. Təkcə bu il institut xaricə 100-dək tələbə göndərmişdir.
2010-cu ildə ATİ-nin fəaliyyətində baş verən daha bir yenilik ölkəmizdə turizm sahəsində mövcud olan kadr problemini həll etmək məqsədi ilə müxtəlif ixtisaslar üzrə kursların təşkil edilməsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]