“Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda ənənəvi respublika elmi-praktik konfransı keçiriləcək.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, konfrans işini “Azərbaycan turizminin inkişaf xüsusiyyətləri”, “Regionların turizm ehtiyatları” və “Turizmin menecmenti və marketinqi” bölmələri üzrə davam etdirəcək.
Bölmə iclaslarında ATMU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad, Qafqaz, Azərbaycan Dövlət Memarlıq və İnşaat, Naxçıvan Dövlət və Azərbaycan Texniki universitetlərindən olan gənc tədqiqatçıların 50-dən artıq məruzəsi dinləniləcək.
Yekun plenar iclasda bölmə sədrləri hesabatlarla çıxış edəcək, fərqlənən məruzəçilərə sertifikatlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]