Azərbaycan “TurkicSkills” çempionatında iştirak edəcək
Astana, 9 may, AZƏRTAC
Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Aktau şəhərində bu ilin payızında türkdilli ölkələr arasında peşə bacarıqları üzrə ilk “TurkicSkills” çempionatı keçiriləcək.
AZƏRTAC Qazaxıstanın Maarif Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu genişmiqyaslı təşəbbüs işçi peşələrinin (və ya əmək peşələrinin) nüfuzunu artırmaq, ümumi peşəkar mühit formalaşdırmaq və türkdilli ölkələrin gənc mütəxəssisləri arasında təcrübə mübadiləsini inkişaf etdirmək məqsədi daşıyır.
Çempionatda Qazaxıstan, Türkiyə, Azərbaycan, Macarıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Monqolustandan 16-22 yaş arası 100-dən çox gənc mütəxəssisin və 80 yüksəkixtisaslı ekspertin iştirak edəcəyi gözlənilir.
Yarışlar informasiya texnologiyaları, tikinti və inşaat texnologiyaları, istehsal və mühəndis texnologiyaları, sosial və fərdi xidmətlər sahələrini əhatə edən 15 əsas bacarıq üzrə keçiriləcək. Mobil robotexnika və pilotsuz uçuş aparatlarının (dronların) idarə olunması kimi perspektivli sahələrə xüsusi diqqət yetiriləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:15]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [17:19]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:11]