AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ SANBALLI TÖHFƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil ocağında fəaliyyət göstərən “Türk dünyası işlətmə” fakültəsi tələbələrinin yarısı qardaş ölkənin vətəndaşlarıdır. Fakültədə təhsil Türkiyədə işlənib hazırlanmış tədris proqramı əsasında aparılır. 2004-2005-ci dərs ilində fakültəyə 110 gəncin (50 faizdən yuxarı Türkiyə vətəndaşı olmaqla) qəbul edilməsi nəzərdə tutulmuşdur.
Fakültənin magistraturaya qəbul olunmaq üçün Türkiyəyə yola düşmüş 6 nəfər IV kurs tələbəsi sınaq imtahanlarından uğurla çıxmışlar.