AZƏRBAYCAN ÜDM-İN ARTIMINA GÖRƏ MDB ÖLKƏLƏRİ ARASINDA YENƏ DƏ LİDERDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, MDB Statistika Komitəsinin Birlik ölkələri iqtisadiyyatlarının inkişafı haqqında 2008-ci ilin avqustuna olan məlumata əsaslanan hesabatında MDB məkanında iqtisadi inkişaf sürətinə görə builki liderin yenə də Azərbaycan (16-18 faiz) olacağı proqnozlaşdırılır. Orta Asiyada lider Özbəkistan (8-9 faiz) olacaqdır. Qırğızıstanda ÜDM-in artımının 7 faiz, Qazaxıstanda 5 faiz, Tacikistanda 5-6 faiz, Moldova və Ukraynada isə 6-6,5 faiz səviyyəsində olacağı təxmin edilir.
Ekspertlərin proqnozlarına görə, 2009-cu ildə Qırğızıstanda iqtisadi inkişafın sürəti 6,5 faizə enəcəkdir ki, bu da Birlik ölkələri üzrə orta göstəricidən aşağıdır. Burada ÜDM-in artım göstəricisinin 7-7,5 faiz səviyyəsində olacağı gözlənilir. Bu həddi yalnız Azərbaycan (15 faiz), Belarus (9-15 faiz), Gürcüstаn (8-9 faiz) və Ermənistan keçə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]