Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyib
Bakı, 2 oktyabr, AZƏRTAC
UEFA avrokuboklarda qrup mərhələsinin ikinci turundan sonra yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya”nı məğlub etməklə (4:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/2022-ci il mövsümdə Azərbaycanın xal sayı 2,875-yə, son 5 mövsümdə ümumi xal sayı isə 15.500-a çatıb.
Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Qazaxıstana çatıb. Hər iki ölkənin 15,500 xalı var. Əlavə göstəricilərdə üstün olan ölkəmiz Qazaxıstanı arxada qoyub. Bir pillə irəliləyən Azərbaycan 28-ci yerə yüksəlib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 90,641.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]