Azərbaycan üzgüçülərinin “COVID-19” virusuna yoluxmaları barədə xəbərlər reallığı əks etdirmir
Bakı, 30 iyun, AZƏRTAC
Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin guya “COVID-19” virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks etdirmir və dezinformasiyadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur. İdmançılar sərt karantin rejiminin qaydalarına uyğun olaraq hələ ki, ev şəraitində fiziki məşqlərlə kifayətlənirlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirəyə çıxarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]