Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasının finalında
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində 23,98 saniyəlik nəticə ilə üçüncü olub və həlledici mərhələyə adlayıb.
Qeyd edək ki, daha əvvəl R.Saleh 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında qızıl medala sahib olub.
Azərbaycan komandasının hesabında 8 qızıl və 2 bürünc medal var.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]