Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışlarda Azərbaycan 8 növ - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə 54 idmançı ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyəti və idmançılar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.
Qeyd edək ki, Dünya Köçəri Oyunlarında 89 ölkədən 3 minə yaxın idmançı iştirak edəcək. Turnirdə 21 növ üzrə 97 dəst medal öz sahibini tapacaq.