MƏDƏNİYYƏT
Azərbaycan və çexiyalı ifaçılar Bakıda eyni səhnəni bölüşüb
Bakı, 17 fevral, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru, skripkaçı Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə solistləri Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşayiət edib.
Tədbirdə Feliks Mendelsonun skripka, fortepiano və simli orkestr üçün üç hissəlik konserti, Edvard Qriqin “Lirik süita”, Pablo de Sarasatenin “Navarra”, Pol Dükanın “Sehirbazın şagirdi” simfonik musiqiləri təqdim olunub.
Konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]