AZƏRBAYCAN VƏ İRAN GƏNCLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİN QURULMASINA DAİR MEMORANDUM İMZALANMIŞDIR
Tehran, 23 aprel (AZƏRTAC). Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir.
Səfər çərçivəsində Tehranda Azərbaycan və İran gəncləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumu Azərbaycan tərəfdən Azad Rəhimov, İran tərəfdən isə vitse-prezident, milli gənclər təşkilatının sədri Məhəmmədcavad Hacı Əli Əkbəri imzalamışlar.
Beş maddədən ibarət sənəddə göstərilir ki, tərəflər gənclərə aid statistika, qanun və qərarlar barədə bir-birlərini məlumatlandıracaq, informasiya və təcrübələrə dair fikir mübadiləsi aparacaq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı daha da gücləndirəcəklər. Memorandumda əks olunan müddəaların fəal surətdə həyata keçirilməsi üçün yaradılması nəzərdə tutulan müştərək komitə hər il Bakıda və Tehranda toplaşaraq görülən işləri və perspektiv planları müzakirə edəcəkdir.
Səfər aprelin 24-də başa çatacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]