“AZƏRBAYCAN VƏ İRAN MUSİQİÇİLƏRİNİN QARŞILIQLI ƏLAQƏLƏRİ” KİTABI NƏŞR OLUNMUŞDUR
“Dövlətimizin siyasəti odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır. Bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız daimidir və bunu inkişaf edtirəcəyik”. Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri və müəlliflə birgə fotoşəkli ilə açılan kitabın 1-ci bölməsində T.Bakıxanovun zəngin mədəniyyətə malik hər iki ölkənin musiqi xadimləri, bəstəkarları haqqında, eləcə də İrana səfərlərində yazdığı, musiqi və teatr festivallarındakı uğurlu çıxışlarından bəhs edən məqalələri yer almışdır.
Şərqdə ilk professional musiqinin banisi Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş kitabın ikinci bölməsində Azərbaycan incəsənət xadimlərinin İran və Azərbaycan musiqisi və mədəniyyətinin qarşılıqlı əlaqəsindən bəhs edən yazıları verilmişdir.
Kitabın redaktoru əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru professor Ramiz Zöhrabovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]