AZƏRBAYCAN VƏ MOLDOVA ARASINDA GÖMRÜK İŞİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ DAHA DA İNKİŞAF EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır. Sazişin əsas məqsədi iki ölkə arasında dostluq münasibətlərini, eləcə də gömrük işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, idxal-ixrac zamanı tutulan gömrük rüsumları və digər ödənişləri dəqiq müəyyənləşdirmək, həmçinin məhdudiyyətlərin, qadağaların və nəzarətin tətbiqini təmin etməkdir. Sənəd tərəflərə, gömrük hüquqpozmaları ilə mübarizənin qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirməyə imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]