Azərbaycan və Türkiyənin Baş prokurorları arasında telefon danışığı olub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Baş Prokurorluq mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib, həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib.
Telefon danışığı zamanı hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdiriləcəyinə əminlik ifadə olunmaqla, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq bildirilib, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]