Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Əbu-Dabidə anılıb

Əbu-Dabi, 12 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Əbu-Dabidəki səfirliyinin və Dubaydakı baş konsulluğunun əməkdaşları, BƏƏ-dəki Azərbaycan icmasının və yerli ictimaiyyət nümayəndələri, bu ölkədə səfərdə olan Azərbaycan ticarət missiyasının üzvləri, yerli ictimai-siyasi xadimləri və iş adamları, jurnalistlər iştirak ediblər.

Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışıb. Ümummilli Liderin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyindən bəhs edən səfir məhz Heydər Əliyevin Vətəninə və xalqına hədsiz sevgisi və sədaqəti kimi şəxsi keyfiyyətlərinin, müxtəlif yüksək vəzifələrdə fəaliyyəti zamanı əldə etdiyi idarəçilik təcrübəsinin və inkişaf məsələlərində strateji yanaşmasının ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdığını vurğulayıb. Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməlinin məhz həmin illərdə yaradıldığını bildirən səfir, dahi rəhbərin səyləri nəticəsində Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanın çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyduğunu, ölkə həyatının bütün sahələrində quruculuq işlərinin vüsət aldığını, kənd təsərrüfatı istehsalının dəfələrlə artdığını, yüzlərlə yeni sənaye müəssisəsi qurulduğunu deyib. O, Heydər Əliyevin rəhbərlikdə olduğu illərin Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdiyini, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdığını qeyd edib. Səfir Azərbaycanda 1992-ci ilin 15 may tarixində dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin respublikanı fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırladıb, o vaxt çoxlarının Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmadığını, lakin Heydər Əliyevin vətəndaş hünərinin tarixin gedişatını dəyişdiyini və Azərbaycanı diz çökdürmək ssenarilərini alt-üst etdiyini xüsusi qeyd edib. Daşqın Şikarov 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından dönə bildiyini vurğulayıb, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə bütün çağırışlara tab gətirdiyini diqqətə çatdırıb. Ulu Öndərin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir deyib ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar olub, ictimai-siyasi sabitlik yaranıb, islahatlar geniş vüsət alıb.

Ümummilli Liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırıb ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Son 15 ildə ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur. Ulu Öndərin parlaq xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan Daşqın Şikarov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir və Heydər Əliyev irsinin qəlblərdə daim yaşamasında əvəzsiz rol oynayır. Səfir Heydər Əliyev ideyalarının ölkəsindən uzaqda yaşayan həmvətənlərimizin bu gün də bir-biri ilə sıx təmasda olmalarına xidmət etdiyini, Ulu Öndərin xatirəsinin özünü azərbaycanlı hesab edən və azərbaycançılıq ideyalarına sadiq olan hər kəsin qəlbində xüsusi yerə malik olmasını diqqətə çatdırıb.

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov çıxışında Ümummilli Liderin istər SSRİ dövründə, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanın maraqlarını bütün imkanlardan istifadə edərək qoruduğunu, ölkəmizin davamlı tərəqqi və inkişaf yolu tutduğunu bildirib. O, dahi rəhbərin Azərbaycan xalqı və dövlətçiliyi üçün ən böyük xidmətinin azərbaycançılıq ideyasının yaradılması, sevdirilməsi və inkişaf yoluna qoyulması olduğunu deyib, Ulu Öndərin xatirəsinin hər bir azərbaycanlının qəlbində xüsusi yerə malik olmasını, soydaşların tədbirdə toplaşmasının məhz bunun əyani sübutu olduğunu vurğulayıb. Baş konsul Heydər Əliyev ideyalarının bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatların, əldə olunan yüksək nəticələrin müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını xüsusi qeyd edib.

Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatın bütün sahələrində misli görünməyən inkişaf başlayıb, məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlanıb. Həmin strategiyalar milli iqtisadiyyatımıza on milyardlarla dollar xarici kapital axınını təmin edib. Elnur Əliyev Ulu Öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” kəlamını xatırlayaraq, Ümummilli Liderin o dövrdəki əsas fəaliyyətinin məhz bu fikir ətrafında qurulduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film izləyiblər.

Çıxışlar və filmin nümayişindən sonra qonaqlar üçün Ulu Öndərin xatirəsinə ehsan süfrəsi açılıb. Ümummilli lider Heydər Əliyev barədə Birləşmiş Ərəb Əmirliklərində çap olunmuş kitabların nüsxələri tədbir iştirakçılarına paylanılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək