AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRİNİN ABŞ-A SƏFƏRİ
61-ci sessiyanın gündəliyinə salınan “GUAM ərazisində davam edən münaqişələr və onların beynəlxalq sülh və təhlükəsizliyə təsiri” məsələsi ilə bağlı bildirilmişdir ki, narahat edən problemləri Baş Məclisin müzakirəsinə çıxarmaq BMT üzvü olan hər bir dövlətin haqqıdır. Elmar Məmmədyarov təşkilatın bu qaydalarına həmişə əməl olunacağına əminliyini söyləmiş, Baş Məclisin yeni sədrinə fəaliyyətində uğurlar arzulamışdır.
Xatırladaq ki, əslən bəhreynli olan xanım Şeyxa Həya Rəşid əl-Xəlifə BMT tarixində Baş Məclisin sədri vəzifəsinə seçilən üçüncü qadındır.
X X X
Həmin gün nazir Elmar Məmmədyarov BMT-nin iqamətgahında Azərbaycan adından “BMT və onunla əlaqəli heyətin təhlükəsizliyi haqqında Konvensiyaya Əlavə Protokol”u imzalamışdır. Sənədi imzaladığına görə nazirə təşəkkür edən BMT baş katibinin hüquqi məsələlər üzrə müavini Nikolas Mişel demişdir ki, Azərbaycan bu beynəlxalq hüquqi sənədi imzalayan ilk ölkələrdəndir. O, Protokolun Azərbaycan parlamenti tərəfindən tezliklə ratifikasiya ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
X X X
Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri kimi İƏT və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) birgə 10-cu nazirlər iclasında iştirak etmişdir. İclasın həmsədri kimi çıxış edən Elmar Məmmədyarov İƏT və ASEAN arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikirlərini söyləmişdir.