AZƏRBAYCAN XOKKEYÇİLƏRİ AVROPA ÇEMPİONATININ YARIMFİNALINA ÇIXMIŞLAR
Bakı, 28 iyul (AZƏRTAC). Azərbaycanın kişilərdən ibarət otüstü xokkey komandası Zaqrebdə keçirilən Avropa çempionatında ilk qələbəsini qazanmışdır. Çelenc divizyonu üzrə qrup mərhələsinin sonuncu oyununda Danimarka komandasına 5:2 hesabı ilə qalib gələn Azərbaycan yığması yarımfinala vəsiqəni təmin etmişdir. Xokkeyçilərimiz bu qələbə ilə öz qruplarında birinci yeri tutmuşlar.
Beləliklə, “A” qrupunda Azərbaycan və Portuqaliya komandası hərəyə 4 xal toplamışdır. Lakin, vurulan və buraxılan topların fərqinə görə komandamız birinci yerə sahib olmuşdur.
İyulun 30-da keçiriləcək yarımfinal görüşündə Azərbaycan yığmasının rəqibi Ukrayna, Xorvatiya, İsveç və Sloveniya xokkeyçilərinin çıxış etdiyi “B” qrupundan komanda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]