Azərbaycan yeddi ayda ən çox İtaliyaya məhsul göndərib
Bakı, 27 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 2 milyard 933,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 709,5 milyon dollar, Rusiyaya isə 430,7 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 179,9 milyon dollar, Türkiyə ilə 2 milyard 577,9 milyon dollar, Rusiya ilə 1 milyard 514 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir
- 12.06.2026 [14:33]
AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
- 12.06.2026 [14:12]
“Bitcoin”in qiyməti 63 min dolları ötüb
- 12.06.2026 [13:09]
® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək
- 12.06.2026 [12:58]