AZƏRBAYCAN YIĞMASI ANQOLA MİLLİSİ İLƏ YOLDAŞLIQ OYUNU KEÇİRƏCƏKDİR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, dünya çempionatının püşkatma mərasimində iştrak edən qurumun baş katibi Elxan Məmmədov və yığma komandalar üzrə kurator Elxan Tağızadə bir sıra məhsuldar görüşlər keçirmişlər.
UEFA-nın prezidenti Mişel Platini, 2006-cı ildə keçirilmiş dünya çempionatının təşkilat komitəsinə rəhbərlik etmiş əfsanəvi futbolçu Frans Bekkenbauer və digər tanınmış futbol mütəxəssisləri nümayəndə heyətimizlə görüşlərində Azərbaycanda bu idman növünün inkişafı üçün tövsiyələrini vermişlər.
AFFA rəhbərliyi ilə Anqola Futbol Federasiyasının nümayəndə heyətinin görüşündə milli yığma komandalarımız arasında yoldaşlıq oyunu keçirmək barədə ilkin razılıq əldə edilmişdir. Anqolada daxili çempionatın gələn ilin yanvarında başlanması ilə əlaqədar görüşün konkret vaxtını bir müddət sonra dəqiqləşdirmək qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]