AZƏRBAYCAN YIĞMASI AVROPA BİRİNCİLİYİNDƏ DÖRDÜNCÜ OLMUŞDUR
Bakı, 27 iyul (AZƏRTAC). Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Avropa birinciliyinə yekun vurulmuşdur. Sonuncu gün komandamızın 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 42 kq çəki dərəcəsində Elman Muxtarov keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa vuraraq Avropa çempionu olmuşdur.
50 kq çəkidə yarışan Eldəniz Əzizli də ardıcıl 5 qarşılaşmada qalib gələrək qızıl medala layiq görülmüşdür. Onun xüsusilə yarımfinalda Ermənistan təmsilçisi üzərindəki qələbəsi yaddaqalan olmuşdur. Beləliklə, həmyerlimiz Azərbaycan yunan-Roma növündə Avropa birinciliyini 2 qızıl medalla başa vurmuşdur.
Komanda hesabında ölkəmiz 31 yığma arasında 4-cü olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]