AZƏRBAYCANA GƏTİRİLƏN HEYVANLAR YOXLAMADAN KEÇİRLƏR
Baytarlıq Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qonşu dövlətlərdə aşkarlanmış “Sibir xorası” ilə əlaqədar olaraq Azərbaycana gətirilən bütün heyvanlar yoxlanılır. Hazırda Gürcüstandan Azərbaycana ət məhsulları gətirilməsə də, ayrı-ayrı şəxslər tərəfindən diri heyvan gətirilməsi hallarına təsadüf olunur. Amma indiyədək “Sibir xorası” xəstəliyi aşkarlanmamışdır.
Ümumiyyətlə, ölkəmizdə 2 milyondan artıq iri buynuzlu, 100 minə yaxın təkdırnaqlı heyvan bu xəstəliyə qarşı peyvənd edilmişdir. Xırda buynuzlu heyvanlarda da peyvənd işləri aparılır.