Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda arıçılıq: dünən, bu gün, sabah

Bakı, 2 aprel (AZƏRTAC).  “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”), (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır” ( “Bal arısı” surəsi, 16.68.69). Müqəddəs Qurani-Kərimin bu ayələri qeyri-adi məxluq olan arı haqqında Allahın kəlamıdır. Dünyanın bütün dinlərində arı insana fayda gətirən, zəhmət və bərəkət rəmzi olan müqəddəs həşəratdır.

Azərbaycanda arıçılıq lap qədim zamanlardan inkişaf etmişdir. Arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan bəlkə də ən təhlükəsiz növlərindən biridir. Ərzaq məhsullarının təhlükəsizliyi məsələlərinin qlobal əhəmiyyət daşıdığı müasir dövrümüzdə arıçılığın inkişafına xüsusi diqqət yetirilir.

1999-cu ildən ölkəmizdə biologiya elmləri namizədi, Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun araxnologiya laboratoriyasının böyük elmi əməkdaşı Yevdokiya Xanbəyovanın başçılığı ilə “Qızıl pətək” qeyri-hökumət təşkilatı (QHT) fəaliyyət göstərir. QHT bu müddət ərzində 30-dan çox layihə icra etmiş, arıçıların 8 sərgi-yarmarkasını keçirmişdir. 2011-ci ildə təşkilat Beynəlxalq Arıçılar Assosiasiyasının “Apimondiya”nın tamhüquqlu üzvü olmuşdur.

Y.Xanbəyovanın rəhbərliyi ilə bir qrup alim son 6 ildə Zoologiya İnstitutunun elmi proqramları çərçivəsində arı ballarının öyrənilməsi ilə məşğul olur. İlk illər Azərbaycanda arıların yayılmasına və cins tərkibinə dair tədqiqatlar aparılmışdır. 2011-ci ildən parazitofauna və arıların kütləvi şəkildə qırılmasının səbəbləri öyrənilir. Bu tədqiqat Milli Elmlər Akademiyasının İdarə heyəti tərəfindən elm üçün prioritet, Azərbaycanın xalq təsərrüfatı üçün əhəmiyyətli tədqiqat müəyyənləşdirilmişdir. Azərbaycan EA-nın İdarə heyəti bu sahədə araşdırmaların dərinləşdirilməsi və genişləndirilməsi məqsədi ilə qrant şəklində Zoologiya İnstitutuna əlavə maliyyələşdirmə ayırmışdır. Tədqiqatlar artıq respublikanın Şamaxı-İsmayıllı regionunda başlanmışdır.

AZƏRTAC biologiya elmləri namizədi Y.Xanbəyovanın arıçılığın aktual problemlərinə həsr olunmuş məqaləsini təqdim edir.

 

X X X

Azərbaycan dünyada ən məşhur arı cinslərindən biri olan, bal arılarının məşhur və təsərrüfat baxımından əhəmiyyətli Qapaqtəpə, Şahdağ, Nuxa populyasiyalarına və s.-ə həyat vermiş Bozdağ Qafqaz arısının vətənidir. Çox zəhmətkeş olan bu arılar artıq 6 dərəcə istidə fəal surətdə uçmağa başlayır. Nektar toplamaq üçün ən uzun xortumcuğa malik olmaları onların digər həşəratlar üçün əlçatmaz olan yonca və sair bitkiləri tozlanmasına və onlardan nektar toplamasına imkan verir.

Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın alimləri və arıçıları həmin cinslərin yetişdirilməsi və bütün dünyaya yayılması üzərində işləmişlər.

Ölkəmizdə arıları lap qədim zamanlardan tanımış, istifadə etmiş, ehtiramla yanaşmışlar. Artıq IV əsrdə Azərbaycan ərazisində meşə arıçılığı - ağac koğuşundan bal toplanması, yaxud “bal ovu”, XVIII əsrdən isə şəxsi arıçılıq təsərrüfatları geniş yayılmışdır. Arıçılığın qədim ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi vardır.

Azərbaycan arıçılığı pətəklərin müxtəlifliyi - ağac, budaq, gil və samandan hazırlanan ğüd, səbət və təknə pətəklərlə maraq doğurur. XIX əsrdə çərçivə pətəklərin dövrü başlandı. O vaxtdan etibarən arıçılıq intensiv inkişaf edərək, getdikcə daha böyük gəlir gətirməyə başladı.

Azərbaycan dilində və toponimikasında qədim arıçılıqla bağlı adlar qalmışdır: Ballıqaya, Arıtəpə, Arısu, məlhəm (bal və mumun qatışığı) və bir çox başqaları. Qədim arıçılıq inventarı adlarının özünəməxsus kökləri vardır.

Azərbaycanın orta əsrlərə aid şəfa kitablarında bal, mum, arı yapışqanı və zəhəri əsasında indiyədək istifadə olunan dərman vasitələri yer almışdır. Xalq müdrikliyi deyir ki, “Bal yeyənin gözünə işıq gələr”. Arıçılığın himayədarı imam Əli sayılır. Belə bir deyim var: “Əlinin əli arının üstündə olsun”. Azərbaycanda heç kəs başqasının arıxanasına toxunmaz. Arıçılar bal toplamaq üçün çölə çıxardıqları arıxananı rahatca nəzarətsiz qoya bilirlər.

Arıçılıq təsərrüfatına həm sadə kənd camaatı, həm də dövlət və alimlər tərəfindən diqqət yetirilmişdir. 1889-cu ildə Muğanda Qafqaz İpəkçilik Stansiyası nəzdində təşkil edilmiş arıxana bütün Cənubi Qafqaz üçün rasional arıçılıq mərkəzinə çevrilmişdi. Burada arıçılığın özünü, arı xəstəliklərini öyrənən, kəndlərdə yeni tip pətəklər yayan, arıçılığa dair kitabları Azərbaycan dilinə tərcümə edən alimlər və arıçılar işləyirdilər.

Azərbaycanda arıçılığın tarixi dərin köklərə və zəngin təcrübəyə malikdir. 1919-cu ildə “Arıçılığın mühafizəsi haqqında“ dekret qəbul edilmişdir. Sənədə görə, arıçı kəndlilər əvvəllər tutulan “arı pulu” vergisindən azad edilirdilər.

XX əsrin 50-90-cı illərində Azərbaycanda arıçılıq dövlətə və arıçıların özlərinə xeyli gəlir gətirən çox inkişaf etmiş sahəyə çevrildi. Rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olurdu. Demək olar, bütün kolxozların iri arıçılıq təsərrüfatları, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu, Lənkəranda ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərirdi. Qapaqtəpə və Bozdağ Qafqaz ana arıları təkcə Rusiyaya deyil, dünyanın bir çox ölkələrinə aparılırdı. Statistikaya görə arı ailələrinin sayı 300-450 min təşkil edirdi. Alimlər onların sayını 8-10 dəfə artırmağı tövsiyə edirdilər. Onların fikrincə, Azərbaycanda mövcud olan 9 iqlim qurşağının balverən bitkilərlə zəngin yerlərindən, habelə iqlim xüsusiyyətlərindən səmərəli istifadə edilməsi şərti ilə buna nail olmaq mümkündür.

Azərbaycan balı istər ölkəmizdə, istərsə də xaricdə yüksək qiymətləndirilirdi. Azərbaycanın misilsiz müalicəvi bal sortları olan dağ may balı, sitrus meyvələrindən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı bütün dünyada layiqincə qiymətləndirilmiş və qəbul olunmuşdur. Ötən əsrin 70-80-ci illərində Şamaxı arıçılıq sovxozunun may balı (arıçı Mariya Samoylovanın arıxanası) dəfələrlə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində dəfələrlə nümayiş etdirilmiş və medallara layiq görülmüşdür.

Lakin... hazırda respublikamızın arıçılıq təsərrüfatı böhranlı vəziyyətdə olan azalmaqdadır.

Azərbaycanın arıçılıq təsərrüfatı 1990-1999-cu illərdə 45 faiz azalmışdır. Bunun səbəbləri çoxdur. Arıxanaların əksəriyyəti hərbi əməliyyatların aparıldığı ərazilərdə məhv edilmişdir. Sovxoz və kolxozların ləğv edilməsi zamanı 10 arıçılıq sovxozunun və kolxozlara məxsus arıçılıq təsərrüfatlarının hamısı qeyri-peşəkar adamların əlinə keçdi, baxımsız qaldı və tələf olmağa başladı. Həmin dövrdə arıçılığa xidmət göstərən infrastruktur, o cümlədən baytarlıq xidməti dağıldı. Yenicə başlayan arıçılar arıların xəstəliklərini diaqnozlaşdıra və müalicə edə bilmirdilər. Arı dərmanlarının davamlı alınması pozuldu.

“Qızıl pətək” QHT müxtəlif rayonların və Kənd Təsərrüfatı Nazirliyinin arıçılarının köməyi ilə 2001-2004-cü illərdə arıçılıq sahəsinin vəziyyəti haqqında böyük bir material toplaya bilmişdir. Sorğu və araşdırmalarımıza görə, həmin illərdə Azərbaycanda arıçılıqla təxminən 3500 fermer məşğul olurdu, arıçılıq təsərrüfatında isə 100 mindən bir qədər çox arı ailəsi vardı. Bu, arıçılığın inkişafı və optimal fəaliyyəti üçün zəruri olandan azı 5 dəfə azdır. Respublikanın yem bazası isə 8-10 dəfə çox arı ailəsini təmin etməyə qabildir.

Hazırda əvvəllər asanlıqla nəzarət edilən varroatoz, nozematoz, akaropidoz, Amerika və Avropa çürümə xəstəliyi kimi xəstəliklər arıçılığa böyük zərbə vurur. İnvaziya viruslu infeksiyalarla müşayiət olunur. Tərəfimizdən arıların ağır iflici, kisəli qurd xəstəliyi, qanadın deformasiyası virusu, Avropa və Amerika çürümə xəstəliyi qeydə alınmışdır. Qurd invaziyaları başqa viruslarla müşayiət olunur, lakin arıxanada onların diaqnostikası çətindir, bəlkə də qeyri-mümkündür.

Müm güvəsi, eşşəkarısı, siçan, ayı, arıqapan kimi ziyanvericilər arıxanalarda böyük problem yaradır. Üstəlik, “arı ailələrinin kollapsı” kimi ümumdünya problemi də Azərbaycandan yan ötməmişdir.

2006-cı ildə ABŞ arıçıları aşkar etmişlər ki, onların arıxanalarındakı pətəklərin bir hissəsi arısız, bir hissəsində isə ana arı ilə birlikdə bir ovuc cavan arı, qalanlarında isə arısız kisəli qurd qalmışdır. Bu minvalla bəzi arıxanalardan 80 faizədək arı ailəsi yoxa çıxmış, bir il ərzində ölkə üzrə 700 min arı ailəsi tələf olmuşdur.

Problem təhlükəli miqyas almışdır. Ən sağlam ailələr tələf olur. Bununla belə, yeni hadisənin - pətəklərin boşalması probleminin qəribə xüsusiyyəti budur ki, digər pətəklərdən olan arılar bal oğurlamır, pətəklərdə mum gənəsi və kiçik pətək böcəyi əmələ gəlmir. Bu səbəbdən həmin fenomeni “arı ailələrinin kollapsı” (AAK) termini ilə adlandırmışlar. AAK coğrafi baxımdan ABŞ-dan tutmuş Çinədək bütün dünyada təzahür edir. 2008-2009-cu illərdə Çində arı ailələrinin sayı o dərəcədə azalmışdır ki, aqrar sahənin işçiləri mədəni bitkiləri əllə tozlandırmışlar. Arıların oxşar əlamətlərlə kütləvi şəkildə qırılması Avropada da qeydə alınmışdır. AAK hər mövsümdə, hətta şirə toplanması dövründə qeydə alınır. “Apimondiya 2009-2011” Beynəlxalq konqresində şərh edilmiş faktlar təsdiq edir ki, bal və digər arıçılıq məhsullarının istehsalı bütün dünyada çox sürətlə azalır. Bal arılarının tozlandırdığı çiçəkli bitkilərin 80 faizinin taleyi, kənd təsərrüfatı məhsullarının istehsalı, bəşəriyyətin ərzaqla təminatı və bioloji müxtəlifliyin saxlanması sual altındadır. Toxum istehsalı və flora biomüxtəlifliyinin yoxsullaşması nəzərə alınmadan tozlandırıcı həşəratların yoxa çıxması istehlakçılara 190-350 milyard avro ziyan verir.

Son 5 ildə Azərbaycanda arı ailələrinin kütləvi şəkildə qırılması bütün mövsümlərdə qeydə alınır və regionlar üzrə “dalğavarı” xarakter daşıyır.

Müşahidələrimizə görə, 2007-2011-ci illərin yaz-yay mövsümlərində Azərbaycanda, Böyük Qafqazın şimal-şərq düzənlik zonasında hər il arıların 25-60 faizi tələf olmuşdur. 2008-ci ilin qış-yaz mövsümündə Böyük Qafqazın mərkəzi hissəsinin dağətəyi qurşağında arıların 30 faizi, payızda isə 60 faizi tələf olmuş, arıxanaların bir hissəsi arı ailələrinin 90 faizini itirmişdir. Arıların kütləvi surətdə uçub getməsi və tələf olması yaxşı yem ehtiyatı və payızlıq artımı olan arıxanalarda da qeydə alınmışdır. Balverən bitkilərin çiçəklədiyi yaz mövsümündə Böyük Qafqazın şərq qollarında və respublikanın cənubunda - Talışda arıların 20-25 faizi tələf olur. Artıq indinin özündə müxtəlif rayonların arıçılarından bəzi arıxanalarda arı ailələrinin 20-90 faizinin tələf olması haqqında xəbərlər gəlir. Vəziyyət belə davam edərsə, biz yaxın illərdə arıçılıq sahəsini itirmək təhlükəsi ilə üzləşəcəyik.

Əlbəttə, arıçılar arıları intensiv şəkildə çoxaldaraq, yenilərini alaraq öz arıxanalarını bərpa etməyə çalışırlar. Lakin bu, məhsul itkisinə, rentabelliyin kəskin aşağı düşməsinə gətirib çıxarır. Azərbaycanda vəziyyətin yaxşılaşdırılması bir yana qalsın, onun izlənməsi və öyrənilməsi üzrə dövlət proqramının olmaması durumu daha da gərginləşdirir.

Hər bir ölkənin arıçılıq təsərrüfatının rentabelli, gəlirli və sabit fəaliyyət göstərməsi üçün əsas şərt sözügedən coğrafi bölgənin iqlim şərtlərinə və balverən florasına uyğunlaşmış cins arılardan istifadə olunmasıdır. Azərbaycanda azməhsuldar mələz arılardan istifadə olunur. Bu, bəlkə də ən müşkül problemdir.

Son 20-25 ildə respublikaya müxtəlif arı cinslərinin gətirilməsinə və onların iqlimləşdirilməsinə nəzarət olmamışdır. Bir çox arıçılar bilməyərəkdən, yaxud da qəsdən müxtəlif ölkələrdən arılar gətirmişlər. Çox vaxt bir arıxanada iki, bəzən üç cinsin və ya populyasiyanın arılarına təsadüf edilir. Bəzi arıxanalarda son illərdə Rusiya, Amerika, Türkiyə, Avstriya və Almaniyanın arıyetişdirmə müəssisələrində əldə edilmiş yeni cinslər iqlimləşmə prosesindən keçir. Çox vaxt arıxananın bir neçə ailəsi üçün yalnız ana arılar gətirilir. Eyni cinsdən olan erkək arıların, müxtəlif cinslərdən olan yeni və yerli arıların cütləşməsinə yol verməmək üçün onların ayrı-ayrı yerlərdə saxlanmasının, qışlama şərtlərinin və regionun balverən yerlərinin xarakterinin roluna etinasızlıq göstərilmişdir. Belə hesab edirik ki, nəticədə respublika arıçılığında əsl arıyetişdirmə xaosu müşahidə olunur. Gəlmə anadan törəyən arılar ikinci il beçələməyə başlayır, yerli erkək arı ilə cütləşən gənc ana arı yetişdirir. Bu ana arıdan birinci il həm ananın, həm də atanın cinsinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirən mələz arıların birinci nəsli törəyir. Bu fakt kənardan gətirilən cinsi təbliğ etməyə və onu başqa təsərrüfatlara yaymağa başlayan təcrübəçi-arıçıları yanıldır. Lakin sonrakı illərdə həmin arıların keyfiyyəti sürətlə pisləşir. Arılar təkcə öz eksperyer əlamətlərini itirmir, həmçinin onların artmaq qabiliyyəti, məhsuldarlığı azalır. Nəticədə hazırda Azərbaycanın hər yerində azməhsuldar mələz arılardan istifadə olunur.

Ən nəhayət, sahənin maddi bazası köhnəlmişdir. Arıçıların hətta ən xırda avadanlığı və materialları çatışmır. Bakı ətrafında mağazası olan bir sexdən və rayonlarda 2-3 çox kiçik sex və mağazadan başqa respublikada arıçılıq təsərrüfatına xidmət göstərən infrastruktur yoxdur. 2008-ci ildə respublikada qəbul edilmiş “Arıçılıq haqqında” Qanun inkişaf etdirilməli, köməkçi qanuni aktlar işlənib hazırlanmalıdır. Peşəkar ədəbiyyat nəşr olunmur, baytarlıq xidməti, təlim kursları və təcrübə mübadiləsi yoxdur. Arıçılar öz məhsullarını satmaq üçün böyük çətinliklər hiss edirlər. Əhali arasında keyfiyyətli Azərbaycan balına tələbat var, lakin balın alıcılara çatdırılması mexanizmi işlənib hazırlanmamışdır. Ucqar rayonlarda yaşayan arıçıların balı illərlə yatıb qalır. Mum, arı yapışqanı, zəhəri, tozcuğu və südü kimi arıçılıq məhsulları bazarında daha anormal vəziyyət yaranmışdır. Elə arıçılar var ki, əla keyfiyyətli arı zəhərini 15 ildən çoxdur sata bilmir. Halbuki əczaçılıq sənayesi bu yerli dərman xammalını xaricdən almaq məcburiyyətində qalır. Əczaçıların sözlərinə görə, əsas problem əczaçılıqda istifadə olunan arıçılıq məhsullarının sertifikatlaşdırılmamasıdır.

Hazırda Azərbaycan arıçıları 500 tondan çox yüksək keyfiyyətli təbii bal, 100 tonadək mum, 1 tonadək arı yapışqanı, təxminən 50 tonadək tozcuq, təxminən 10 kiloqram arı zəhəri və 100 kiloqramadək arı südü istehsal etməyə, əczaçılıq sənayesini gözəl xammalla təmin etməyə qadirdir. Lakin bu işi zəmanətli tədarük proqramının olması şərti ilə görmək mümkündür.

Arıçılıq həm də böyük sərmayə yatırımı tələb etməyən yüksək gəlirli istehsalatdır. Arıçılıq kiçik fermer biznesi şəklində 1,5-2 il ərzində özünü doğruldur, hər cür infrastruktur və müəyyən texnologiya ilə təchiz edilərsə, sahənin öz xərcini çıxarmasına zəmanət verilir. Arıçılıq 6-8 mindən çox kənd ailəsini yaxşı gəlirlə təmin edə bilər.

Bundan əlavə, kənd təsərrüfatı, yem və texniki bitkilərin əsas tozlandırıcısı məhz bal arılarıdır. Məhsuldarlığın 50-15 faiz artmasının qarantı da məhz onlardır. Arıçılığın ən mühüm funksiyası olan tozlandırma isə hazırda respublikada həyata keçirilmir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır