AZƏRBAYCANDA AVRO-nun SATIŞI BAŞLANIR
Fevralın 6-da Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycanda ilk dəfə olaraq AVRO-nun müntəzəm topdansatış əməliyyatı başlanacaqdır.
Birjadan AZƏRTAC-a bildirmişlər ki, 1991-ci ildə Avropa Birliyinə daxil olan 11 ölkə arasında imzalanmış Maastrixt sazişinə əsasən AVRO bu ölkələrdə qeyri-nəğd pul vahidi kimi müəyyən olunmuşdur. 2002-ci ilin yanvar ayından isə həmin ölkələrdə nəğd pul vahidi kimi dövriyyədə istifadə olunur.
AVRO üzrə hərraclar birjanın elektron ticarət sistemində bazar və bayram günlərindən başqa hər gün aparılacaqdır. Minimal satışın miqdarı 1000 AVRO məbləğində müəyyən edilmişdir. BBVB-ya üzv olan 43 bank hərraclarda iştirak etmək hüququna malikdir.
Fevralın 6-dan etibarən BBVB-də Rusiya rublunun da müntəzəm hərracları başlanacaqdır. Xatırladırıq ki, 1998-ci ilin sentyabr ayında Rusiyada baş verən maliyyə böhranı nəticəsində Bakıda bu valyuta üzrə hərraclar dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]
Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]