AZƏRBAYCANDA DÜNYA SU-BATAQLIQ YERLƏRİ GÜNÜ QEYD OLUNMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarda Azərbaycanın su-bataqlıq yerlərinin potensialı barədə mütəxəssislərin rəyləri dinlənilmiş, bu nadir təbiət obyektlərinin qorunması sahəsində dövlət təşkilatlarının və ictimai təşkilatların vəzifələri müzakirə olunmuşdur. Seminar iştirakçıları nazirliyin Ramsar beynəlxalq su-bataqlıq yerləri siyahısına daxil edilmiş Ağgöl milli parkı və Qızılağac dövlət qoruğunda gördüyü işləri yüksək qiymətləndirmişlər.
Xatırladaq ki, Dünya su-bataqlıq yerləri gününün bayram edilməsinin əsası 1996-cı ildə Ramsar Konvensiyası Daimi Komitəsinin 19-cu görüşündə qoyulmuşdur. Suquşlarının kütləvi surətdə çoxaldığı və ayrı-ayrı mövsümlərdə toplaşdıqları yer kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq yerləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanmışdır.