Azərbaycanda ət istehsalı 2,8 faiz artıb
Bakı, 17 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 16,1 faiz və tərəvəz istehsalı 0,8 faiz artıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]