“Azərbaycanda fotoqrafiyanın 170 illik tarixi” adlı mühazirə təşkil olunacaq
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 16-da Bakı Fotoqrafiya Evində Rəssamlar və Filatelistlər İttifaqının üzvü, kolleksiyaçı Bəhruz Hüseynzadənin təqdimatında rus dilində “Azərbaycanda fotoqrafiyanın 170 illik tarixi” adlı mühazirə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, mühazirə zamanı fotoqrafiya tarixinin müstəqil tədqiqatçısı olan B.Hüseynzadə tərəfindən Azərbaycanda fotoqrafiya sənətinin 170 illik tarixi ilə bağlı maraqlı faktlar, şəxsi kolleksiyasına daxil olan, bu günə qədər heç yerdə nümayiş edilməyən unikal fotoşəkillər və neqativlər haqqında açıqlamalar və slayd-şou formatında nümayişlər təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]