AZƏRBAYCANDA İQTİSADİ ARTIM DÜNYADA ƏN YÜKSƏK SÜRƏTLƏ GEDİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda demişdir.
Prezident demişdir: Bütün bu uğurların təməlində ötən əsrin 90-cı illərinin ortalarından başlanmış ciddi iqtisadi islahatlar proqramı dayanır. Bu gün Azərbaycanda iqtisadi artım dünyada ən yüksək sürətlə gedir və bunu artıq bütün dünya bilir. Ötən il ümumi daxili məhsul 26 faizdən çox, sənaye istehsalı 33,5 faiz, əhalinin pul gəlirləri isə 27 faiz artmışdır.