Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda qurmanlar üçün yeddi bayram

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan qonaqpərvər ölkədir. Nə vaxt bura qonaq gəlsəniz, sizi səmimi və gülərüz qarşılayacaqlar. Ölkəmizdə elə bayramlar var ki, sanki Azərbaycan torpağının səxavətini və xalqının duz-çörəkli olmasını nümayiş etdirmək üçün yaranıb.

Əgər öz səfərinizi bu əlamətdar günlərlə üst-üstə salsanız, o zaman Azərbaycan mətbəxinin müxtəlifliyi ilə tanış olmaq imkanı qazanar, yola özünüzlə pay da götürə bilərsiniz.

Beynəlxalq plov festivalı

Azərbaycanda yaz mövsümü gözəl havası və təbiətin bol rənglərinin müxtəlifliyi ilə göz oxşayır. Məhz ilin bu fəslində Bakıda yerli və əcnəbi aşpazların iştirakı ilə plov festivalı keçirilir.

Azərbaycanda plovun 200-ə yaxın növü var və onların ən yaxşılarını müxtəlif bölgələrin kulinarları festivalın münsiflər heyətinə və tamaşaçıların mühakiməsinə təqdim etməyə çalışırlar. Burada sizə Azərbaycan mətbəxinin şah yeməyinin yumşaq quzu əti, göyərti, şabalıd, ərik, zoğal, kişmişlə ənənəvi olaraq iri boşqabda süfrəyə verilən 10-dan çox növünü dadmaq imkanınız olacaq.

Bu bayram yeməyinin adı onun orta əsrlərin şərq hökmdarlarının tacını xatırladan xarici görünüşündən götürülüb. Adi plovdan fərqli olaraq, şah plov süfrəyə, necə deyərlər, “möhürlənmiş” gəlir. Yəni düyü ilə xuruş dibi və divarları lavaşla örtülmüş qazanda bişirilir.

Beynəlxalq dolma festivalı

Hər ilin yayında paytaxtda və ya Azərbaycanın bölgələrinin birində artıq ənənə halını almış Beynəlxalq dolma festivalı keçirilir. Bu genişmiqyaslı və gözəl tədbir zamanı azərbaycanlı və əcnəbi aşpazlar peşəkar münsiflərə dolmanın yüzlərlə növünü təqdim edirlər.

Qeyd edək ki, Azərbaycanda dolma hazırlama və paylaşma ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Hər Azərbaycan ailəsində dolmanı sevir və hazırlaya bilirlər. Bu sadə və eyni zamanda, nəfis yemək həm gündəlik, həm də bayram süfrələrinin yaraşığıdır. Azərbaycanda daha çox yarpaq dolması, kələm dolması və badımcan dolması hazırlanır.

Festivala giriş sərbəstdir. İştirakçılar böyük məmnuniyyətlə tamaşaçılara dolma dadmağı təklif edirlər. Bununla da sizin qısa vaxt ərzində təkcə Azərbaycan dolmasının klassik növləri ilə deyil, həmçinin ekzotik növləri sayılan alma, kartof, soğan, xiyar dolması və s. ilə tanışlıq imkanınız olacaq. Festivalı incəsənət xadimlərinin və folklor kollektivlərinin iştirakı ilə maraqlı və rəngarəng konsert proqramı müşayiət edir.

Beynəlxalq mürəbbə festivalı

Bərəkətli Azərbaycan torpağında təravətli giləmeyvə, meyvə və tərəvəz yetişir. Bu nemətləri daha uzun müddətə saxlamaq istəyirsən. Bundan ötəri də bəşəriyyət mürəbbə kimi delikates fikirləşib. Azərbaycanın hər bölgəsində mürəbbənin yüzdən artıq növü hazırlanır. Lakin təkcə bir şəhər - Qəbələ 2017-ci ildə Beynəlxalq mürəbbə paytaxtı adına layiq görülüb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısına müvafiq sertifikat Dünya Kulinariya Təşkilatının prezidenti Tomas Quqler tərəfindən təqdim olunub. Bu əlamətdar hadisə hər il Qəbələdə keçirilən beynəlxalq mürəbbə festivalında baş verib.

Dünyanın hər yerindən buraya gələn adlı-sanlı kulinarlar nəinki mürəbbənin Azərbaycan növləri ilə tanış olur, həmçinin özlərinin hazırladıqları bu ləziz təamın qeyri-adi növlərini nümayiş etdirir. Xüsusən ötənilki mürəbbə festivalında dünyanın 25 ölkəsindən, Azərbaycanın 45 şəhər və bölgəsindən 3500-dən çox mürəbbə növü təqdim olunub.

Çiyələk, ərik, gavalı, böyürtkən, heyva, albalı və digər geniş yayılan ənənəvi mürəbbələrlə yanaşı, təqdim olunan ekzotik mürəbbələrdən hətta dünyagörmüş kulinarlar ilk dəfə idi ki, dadırdılar. İstiot, zəncəfil, nanə, zəncirotu, balqabaq tumları, rozmarin, çuğundur, küknar qozası mürəbbəsi və digər qeyri-adi desertlərin hazırlanması üçün inqrediyentlər sizcə necədir? Əgər bunlardan dadmamısınızsa, Qəbələ sizi gözləyir!

Bal yarmarkası

Hər il payız mövsümündə Azərbaycanda ənənəvi olaraq daha bir əlamətdar tədbir keçirilir. Bu, heç bir qurmanın laqeyd qala bilmədiyi bal yarmarkasıdır. Əlbəttə, festival olmasa da, burada bayram ab-havası hökm sürür. Çünki ölkənin müxtəlif bölgələrindən olan arıçıların öz məhsullarını satıcılara şəxsən təqdim etmək imkanı hər dəfə ələ düşmür.

Yarmarkanın formatı ölkənin müxtəlif bölgələrindən ən yaxşı arıçıları bir yerə yığmağa şərait yaradır. Belə ki, 2017-ci ildə yarmarkada 320 arıçı iştirak edib. Onlar özləri ilə 300 ton bal gətiriblər. Burada balın müxtəlif növlərini - çökə, çiçək, şabalıd, qarabaşaq, akasiya, yonca, meşə balı və s. görmək olardı. Baldan əlavə, burada arı südü, arı zəhəri, tozcuq, vərəmum və digər arı məhsulları əldə etmək olar.

Yarmarkanı gəzərkən siz burada təklif olunan hər bir məhsulun dadına baxıb, bəyəndiyinizi ala bilərsiniz. İştirakçıların ciddi seçimi və xüsusi laboratoriya aparılan yoxlamalar təqdim olunan məhsulun keyfiyyətinə zəmanət verir.

Alma bayramı

Azərbaycanda payız fəsli. Təbiət nemətlərinin həvəskarları üçün bundan cazibəli nə ola bilər?! Bu fəslin başlanğıcı ətirli almaların yetişməsi ilə əlamətdardır. Azərbaycanın Quba rayonu alma yetişdirilməsində rekordçudur. Burada almanın daha çox növü becərilir. Oktyabrın əvvəllərində, Alma bayramı keçirilən dövrdə ən yaxşı növlər nümayiş etdirilir.

Fermerlər və fermer təsərrüfatları bayrama tamaşa etməyə gələnlərə ən iri, ən ətirli, ən şirin almaları təqdim etməklə sanki bir-birini qabaqlamaq istəyirlər. Kulinarlar isə geniş yayılan və xeyirli olan almadan hazırlanmış böyük çeşiddə təamlar nümayiş etdirirlər. Alma cemi, mürəbbə, piroq, şirə, şirniyyat - bayram günlərində Qubaya gəlsəniz, bütün bunlardan dada bilərsiniz.

Folklor ansamblları, xalq yaradıcılığı kollektivləri, idman yarışmaları bu əlamətdar tədbirə daha çox pozitivlik verərək, tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradır.

Çörək festivalı

Oktyabrın 20-də - Beynəlxalq Kulinariya günlərinin birində Bakıda Beynəlxalq çörək festivalı keçirilib. Ümid edirik ki, bu maraqlı tədbir ənənəvi olacaq. Çörək hər bir xalqın qida mədəniyyətində mühüm yer tutur. Azərbaycan çörəyinin bir növü olan lavaş 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycanın hər bölgəsində lavaşın ayrı-ayrı növləri hazırlanır: nazik və ya qalın, dairəvi və ya düzbucaqlı. Lakin mahiyyət dəyişmir - bu, hazırlanması sadə, çox dadlı və doyumlu çörək növüdür.

Festivalda Azərbaycan çörəyinin, çörək-bulka və un məhsullarının 500-dək növü təqdim olunub. Qonaqlara çörəyin ənənəvi tədarük və hazırlanması ilə tanış olmağa şərait yaradılıb, həmçinin ətirli çörəyi pendir, yağ, bal və çay ilə dadmaq təklif olunub.

Nar bayramı

Azərbaycanda narçılığın mərkəzi Göyçay rayonu sayılır. Göyçay narları dünyada şöhrət qazanıb və “əsl Azərbaycan narı”nın sinoniminə çevrilib. Bu narların möhtəşəm dadının sirri və sabit keyfiyyəti rayonun dünyanın heç bir yerində rast gəlinməyən nadir mikroiqlimi və torpağının tərkibindədir. Təəccüblü deyil ki, burada “cənnət meyvəsi”nin bütün məşhur növləri yetişdirilir.

Oktyabrın axırı - noyabrın əvvəllərində məhz Göyçay rayonunda Nar bayramı keçirilir. Bayrama çoxlu turist gəlir. Bağbanlar bayramın gedişində müxtəlif növ nar, nar şirəsi, mürəbbə, şirniyyat, piroq və s. nümayiş etdirirlər.

Şənliklər çərçivəsində kəndirbazların, idmançıların, rəqs qruplarının və xalq ifaçılarının çıxışları təqdim olunur. Qonaqların şərəfinə açılan süfrəyə nardan istifadə edilməklə hazırlanan milli təamlar düzülür.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO