AZƏRBAYCANDA “QUŞ QRİPİ” QEYDƏ ALINMAMIŞDIR
Bakterioloji və toksikoloji müayinələr göstərmişlər ki, həmin quşlar tərkibində toksikoloji maddələr olan yosunlardan zəhərlənərək tələf olmuşdur. Quşlar arasında belə zəhərlənmələrə tez-tez rast gəlinir. Odur ki, muxtar respublikada quş qripinin yayılmasına dair məlumatların heç bir əsası yoxdur.
Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, ölkəmizdə “quş qripi”nə qarşı lazımi profilaktik tədbirlər həyata keçirilir.