Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda sosialyönümlü siyasət uğurla həyata keçirilir

Azərbaycanda sosialyönümlü siyasət uğurla həyata keçirilir

Bakı, 4 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan artıq dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırmışdır.

Son illərdə respublikamızın hər bir guşəsində infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sağlamlığı və maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatı təkcə neft və qaz istehsalı üzərində qurulmamış, qeyri-neft sektorunda da uğurlu nəticələr əldə olunmuşdur.

İqtisadiyyatın sürətli inkişafı isə ölkəmizdə sosialyönümlü siyasətin uğurla həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır. Ermənistan hərbi birləşmələrinin torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində ev-eşiklərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə bu gün dövlət səviyyəsində xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, Azərbaycanda məcburi köçkün ailəsi artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılmışdır. İldən-ilə Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onlara avtomobillər verilir. Müalicə almaları üçün reabilitasiya mərkəzləri açılır. Bir çox hallarda isə əlillər müalicə üçün dövlət tərəfindən xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətimizin qayğısını bu təbəqədən olan hər bir insan öz həyatında hiss edir.

Bütün bunlarla yanaşı, son illər ölkəmizdə əlil şəxslərlə bağlı qanunvericilik təkmilləşdirilib, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını ardıcıl olaraq həyata keçirir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli Sərəncamı qeyd olunan təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə nail olunmasını təmin edir. Bu Sərəncam ötən ilin dekabr ayı da daxil olmaqla dövlət başçısı tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının yüksəldilməsi məqsədilə imzalanan onuncu sənəddir.

Sərəncam 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanmış, ümumilikdə 5 min 731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur. Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq tədbirlər planı hazırlayacaqdır. Həmçinin yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəkdir. Sərəncamda Nazirlər Kabinetinə cari ilin əvvəlinədək mənzil növbəsinə dayanmış əlil və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, habelə 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4 min 278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. ƏƏSMN tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satın alınaraq növbədə dayanmış əlil və şəhid ailələrinə təqdim olunması məqsədilə müvafiq işlər aparılır.

Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslər artıq yaşlanıblar və yaş keçdikcə onların qayğıları, ağrıları da artır. Əlil olan şəxslərə və şəhid ailələrinə yardımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Pensiya təminatı sistemində həyata keçirilən islahatlar isə bu kateqoriyadan olan şəxslərin də əmək pensiyalarının ciddi artımına səbəb olmuşdur.

Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunmuşdur.

Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir. Ümumilikdə ötən illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuş, o cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa edilərək müharibə əlillərinə verilmişdir. İldə orta hesabla 700-dən çox mənzil inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcəkdir.

Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Son illərdə yüzlərlə Qarabağ müharibəsi əlilinə avtomobillər verilmişdir.

Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır və ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır. Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilmişdir. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.

Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.

Pensiya təminatına dair yeni qanunvericilik bazası da işlənib hazırlanmışdır. Hazırda sığorta-pensiya sistemi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış üç qanunla - “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarla tənzimlənir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir və bu sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği, istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. İslahatların mühüm mərhələsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafa dair müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirmişdir. Bununla da respublikada sosial ədalət prinsipi üzərində qurulmuş və təkmilləşdirilmiş pensiya sistemi yaradılmışdır.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

Raisə Abbasova

AZƏRTAC-ın müxbiri

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb