AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA QADIN SAHİBKARLIĞI İNKİŞAF ETDİRİLİR
Layihənin məqsədi hər iki ölkədə qadın sahibkarlığının vəziyyətini araşdırmaq, mövcud problemləri və inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ASK-nın prezidenti Ələkbər Məmmədov giriş sözü ilə cıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, BƏT-in Moskva ofisinin nümayəndəsi İrina Melek və digərləri BƏT-in Qafqazdakı işəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığının inkişafına dəstək layihəsi barədə məlumat vermiş, qadınların cəmiyyətdə rolunun artırılması, onların məşğulluq imkanlarının genişləndirilməsi və s. məsələlərə toxunmuşlar.
Seminarda “Azərbaycanda və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığının inkişafı” mövzusunda milli hesabat dinlənilmiş, layihənin növbəti mərhələsi müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]