AZƏRBAYCANDA YENİ TURİZM MARŞRUTLARI YARADILACAQDIR
Türkiyə Səyahət Agentlikləri Birliyi (TURSAB) nümayəndə heyətinin Bakıya səfəri ölkəmizin turizm, bələdiyyə, bank strukturları ilə həmin birlik arasında niyyət protokollarının imzalanması ilə başa çatmışdır.
Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, TURSAB-la Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Yasamal rayon bələdiyyəsi, “NİKoyl” bankı arasında imzalanmış protokola əsasən bu təşkilatlar “Azərbaycanda elmi cəhətdən maraq doğuran turizm marşrutları yaradılması layihəsi” üzrə birgə fəaliyyət proqramı işləyib hazırlamaq barədə razılığa gəlmişlər. Bu layihənin həyata keçirilməsi ilə bağlı son qərar tərəflərin səlahiyyətli nümayəndələrinin 2003-cü il iyunun 1-dək keçiriləcək görüşündə qəbul ediləcəkdir.
TURSAB nümayəndə heyətinin Bakıya səfərinin son günü dost və qardaş ölkənin səyahət agentliklərinin nümayəndələri mətbuat konfransında ölkəmizdə turizmin imkanları və onları reallaşdırmaq yolları barədə ətraflı məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]