“Azərbaycanfilm” kinostudiyasının texniki bazası yenilənib
Bakı, 15 aprel, AZƏRTAC
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının texniki bazası 40 ildən sonra əsaslı şəkildə yenilənib.
“Azərbaycanfilm”dən AZƏRTAC-a bildirilib ki, Almaniyanın “ARRI”, Amerikanın “Matthews Studio Equipment” və İtaliyanın “Manfrotto” şirkətlərindən təmin edilən avadanlıqların kinostudiyaya qatdığı texniki güclə, paralel olaraq iki tammetrajlı və iki sənədli filmin istehsalı həyata keçirilə biləcək. Məqsəd bu rəqəmi 3-ə çatdırmaqdır. Bununla yanaşı alınan avadanılıqlar ən son film istehsalı standartlarına cavab verir. Avadanlıq sifarişləri davam edir.
Məlumat üçün qeyd edək ki, hazırda “Azərbaycanfilm”in sahib olduğu texniki güc postSovet məkanında öz unikallığını qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]