Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 idmançı ilə təmsil olunacaq.
Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kiloqram), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kiloqram), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) mübarizə aparacaqlar.
Oğlanlar arasında isə Kənan Hüseynov (73 kiloqram), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kiloqram) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, 2 gün davam edəcək turnirdə 34 ölkədən ümumilikdə 346 idmançı (229 oğlan, 117 qız) qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]