AZƏRBAYCANIN 6 SƏRBƏST GÜLƏŞÇİSİ PEKİN OLİMPİADASINA LİSENZİYA ƏLDƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsveçrədə keçirilən sərbəst güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turniri başa çatmışdır.
Turnirdə çıxış edən Azərbaycanın 5 idmançısından dördü Pekin Olimpiadasına lisenziya əldə etmişdir.
Güləşçilərimizdən Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) qızıl, Zəlimxan Hüseynov (60 kq) gümüş, Namiq Sevdimov (55 kq) isə bürünc medal qazanmaqla yanaşı, özlərinin Pekin Olimpiadasında iştiraklarını da təmin etmişlər.
Ağırçəkili pəhlivanımız Əli İsayevin (120 kq) isə çıxışı uğursuz alınmışdır. Ə.İsayev mayın 2-4 də Varşavada keçiriləcək II təsnifat turnirində ilk üç mükafatçı sırasına düşdüyü təqdirdə lisenziya əldə edəcəkdir.
Bundan öncəki turnirlərdə sərbəst güləşçilərimizdən Emin Əzizov (66 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) də bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən, hələlik Olimpiya Oyunlarında ölkəmiz 7 mümkün çəki dərəcəsindən 6-sında təmsil olunmaq hüququna yiyələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]