Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından 11 il ötür

Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycanın Avropa Şurasına üzvlüyündən 11 il ötür.

Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də Strasburqda keçirilmiş iclasında Azərbaycanın bu təşkilata üzv olmaq haqqında müraciətinə baxılmış və səs çoxluğu ilə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmuşdur.

Dünya siyasətində aparıcı mövqeyə, söz sahibliyinə malik olan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün Azərbaycan az yol qət etməmişdir.

Müstəqilliyin ilk illərində ölkəni bürüyən xaos və anarxiya Azərbaycanın beynəlxalq nüfuzuna elə bir zərbə vurmuşdur ki, nəinki Avropa, qonşu dövlətlər belə rəsmi Bakı ilə əlaqələr yaratmaq, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq etmək istəmirdilər. Silahlı dəstələrin özbaşınalığı, hakimiyyətdə təmsil olunanların səbatsızlığı və səriştəsizliyi, bəzi hallarda isə milli maraqlara zidd addımları Azərbaycanı uçurumun astanasına gətirib çıxarmışdır.

Lakin Azərbaycan xalqı qədim dövlətçilik təcrübəsinə əsaslanaraq belə vəziyyətlə barışmaq niyyətində deyildi. Xalq ayağa qalxaraq görkəmli oğlunun, ömrünü Azərbaycan xalqına və dövlətinin inkişafına həsr etmiş Heydər Əliyevin təkidlə hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Məhz bu qayıdış Azərbaycanın gələcək inkişafı və dünyada layiqli yerini tutması üçün yol açmışdır. Bu yolun davam etdirilməsi ictimai-siyasi sabitliyin yaradılmasından çox asılı idi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev ilk növbədə silahlı dəstələri zərərsizləşdirdi, nizami ordu yaradıldı, dövlət qurumları təsadüfi adamlardan təmizləndi, təxribatçılıqla məşğul olan müxtəlif qruplar üzə çıxarılaraq ifşa edildilər və ən əsası Azərbaycanda silah gücünə hakimiyyət dəyişikliyi ənənəsinə son qoyuldu.

Ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün Heydər Əliyev neft strategiyasını reallaşdırmağa nail oldu. 1994-cü ildə xarici dövlətlərin iri neft şirkətləri ilə Azərbaycan arasında “Əsrin müqaviləsi” imzalandı, bununla da ölkə iqtisadiyyatı inkişaf yoluna qədəm qoydu.

Bunlarla yanaşı, Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin qurulmasına və inkişafına nail olmaq üçün bir sıra siyasi islahatların keçirilməsi zərurəti meydana çıxmışdır. Heydər Əliyev müasir dünya siyasətinə yaxından bələd olduğu üçün ölkədə demokratiya, insan hüquqlarına, söz və fikir azadlığına geniş şərait yaratmışdır. Həmin islahatların tərkib hissəsi kimi ölkədə çoxpartiyalı parlamentin yaradılmasının əsası qoyuldu.

1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq sərbəst parlament seçkiləri keçirildi. Ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr seçkilərdə iştirak edərək cəmiyyətdəki nüfuzlarına görə parlamentdə yer qazandılar.

Prezident Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə etibarlı dövlət kimi tanınmasında ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, məhz onun rəhbərlik etdiyi komissiya konstitusiya layihəsini hazırlayaraq ictimai müzakirəyə təqdim etmişdir. Avropa Şurası Azərbaycanın ilk demokratik Konstitusiya layihəsinə müsbət rəy verdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu qəbul edilən yeni Konstitusiyanın maddələrinin 40-dan çoxu insan hüquq və azadlıqlarına həsr edilmişdir. Bunlarla yanaşı, Sovet dövründən qalan qeyri-demokratik qanunları aradan qaldıran ümummilli lider Heydər Əliyev 1998-ci ilin yanvarın 22-də ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etdi. Milli Məclis ümummilli liderin bu humanist təşəbbüsünü dəstəkləyərək 1998-ci ilin fevralında ölüm hökmünün ləğv edilməsi haqqında qərar qəbul etdi. Həmin ilin avqustunda Heydər Əliyev siyasi islahatları davam etdirərək mətbuat üzərində senzuranı tamamilə aradan qaldırdı. Bununla da Azərbaycanda söz və fikir azadlığı bərqərar olundu.

Azərbaycan Avropanın bir hissəsi olaraq dünyada gedən demokratik proseslərdən kənarda qala bilməzdi. Ümummilli lider Heydər Əliyev siyasi islahatları heç də Avropa Şurasına üzv olmaq üçün həyata keçirmirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının müstəqillik əldə edərək demokratik və azad cəmiyyətdə yaşamaq istəyi var idi. Heydər Əliyev bu islahatlarla xalqın iradəsinə uyğun siyasət aparırdı. Bu da Avropanın diqqətini cəlb etməyə bilməzdi. Bu islahatlardan sonra Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilirdi.

1996-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu rəsmi Bakının demokratik istiqamətdə atdığı addımları dəyərləndirərək Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan bununla da bu qurumun sessiyalarında iştirak edərək Dağlıq Qarabağ problemini qaldırmaq imkanı qazanmışdır.

1996-cı ilin iyul ayında Prezident Heydər Əliyev Avropa Şurasının Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

Azərbaycan tədricən Avropa ailəsinin üzvü olmaq istiqamətində uğurlu addımlar atırdı. Bəzi hallarda ikili standartlarla üzləşən Azərbaycan xüsusi statusundan istifadə edərək bu maneələri keçirdi.

1997-ci ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyev Strasburqda Avropa Şurasına üzv olan ölkələrin hökumət və dövlət başçılarının zirvə görüşündə iştirak etmiş, AŞ rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini bəyan etmişdir.

Heydər Əliyevin bu tədbirdə iştirakı, söylədiyi nitqi və keçirdiyi görüşlərindən sonra Avropanın Azərbaycana marağı daha da artmışdır.

1998-ci ildə prezident və 2000-ci ildə keçirilən parlament seçkiləri Azərbaycanın artıq demokratik ölkə olduğunu bütün dünyaya göstərdi. Avropa Şurasının müşahidəçiləri seçkilərin demokratik şəraitdə keçdiyini bəyan etdilər.

Beləliklə, Azərbaycan Avropada mövcud olan demokratik cəmiyyətlərdən faydalanaraq, milli dəyərlərini qorumaqla Avropa məkanına inteqrasiya irəliləyirdi.

2001-ci ilin yanvar ayı Azərbaycanın Avropaya doğru irəliləyişinin zirvə nöqtəsi oldu. Yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın bu quruma tamhüquqlu üzv olması haqqında qərar qəbul etdi. Bu qərarla Azərbaycan diplomatiyası böyük uğur qazanmışdır. Əlbəttə ki, ümummilli lider Heydər Əliyevin siyasi islahatları bu uğurun əsasını təşkil edirdi.

2001- ci il yanvarın 25-də isə AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Fransaya səfər edən ümummilli lider Heydər Əliyev Strasburqda qurumun mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağını yüksəltdi. Heydər Əliyev sessiyada nitq söyləyərək demişdir: “Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların şərq xalqlarının tarixi taleyini daha yaxşı və dərindən dərk etməsinə kömək edəcəkdir. Bu, bir tərəfdən qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm”.

Ümummilli liderin siyasi kursunun uğurla, əzmlə davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan inkişafının yüksək səviyyəsindədir.

Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının reallaşması nəticəsində ötən il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu Azərbaycanın dünya siyasətində tutduğu möhkəm mövqeyin, qazandığı nüfuzunun bəhrəsidir.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb