Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Xocalıda törədilmiş cinayətlər yeganə hal olmayıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Xocalıda törədilmiş cinayətlər yeganə hal olmayıb

Vaşinqton, 25 fevral, AZƏRTAC

1992-ci ilin fevral ayında erməni silahlı dəstələri tərəfindən törədilmiş Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin məktubu BMT Baş katibinin ünvanına göndərilib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə 30 il bundan əvvəl törədilmiş ən iri qırğının 30 illiyi tamam olur. Qeyd edilir ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Qarabağ regionunda Azərbaycan şəhəri Xocalıya soxulmuş erməni qoşunları tərəfindən 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib. Təqribən 1000 nəfər yaralanıb, şəhərin 1275 sakini girov götürülüb, 150 adam itkin düşüb.

Çoxsaylı mənbələr, o cümlədən beynəlxalq təşkilatların sənədləri, həmçinin xarici jurnalistlər, hüquq müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil tədqiqatların nəticələri Xocalıda törədilmiş vəhşicəsinə cinayətlərin nə dərəcədə ciddi olmasını təsdiq edir.

Y.Əliyev qeyd edir ki, Xocalıda mülki şəxslərə hücumlarda beynəlxalq hüquq baxımından soyqırımı cinayətlərinin konkret elementlərinin olması soyqırım barədə ittiham irəli sürülməsi üçün zəruri şərtlərə riayət edilməklə Azərbaycanda aparılmış rəsmi təhqiqatın gedişində müəyyən edilib. Təəssüflə vurğulanır ki, Xocalıda törədilmiş cinayətlər yeganə hal olmayıb: Azərbaycanın bir sıra başqa şəhər, qəsəbə və kəndlərinin mülki əhalisi bütün münaqişə dövründə bu cür vəhşiliklərə məruz qalıb. Azərbaycanın mülki əhalisinə və dinc yaşayış məntəqələrinə qanunsuz hücumlar, insanların tutulub saxlanması və girov götürülməsi, hərbi əsirlərlə və tutulub saxlanmış mülki şəxslərlə qəddar rəftar, onların kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmələr, yaşayış məntəqələrinin və mülki infrastruktur obyektlərinin dağıdılması, Azərbaycanın mədəni və dini irsinin murdarlanması və məhv edilməsi - Ermənistan müharibə dövründə hərbi uğurlara nail olmaq və onları möhkəmlətmək üçün belə metodlardan və vasitələrdən qərəzli şəkildə istifadə edib.

Azərbaycanlı diplomat vurğulayır ki, 1990-cı illərin əvvəlində bu münaqişə ilə əlaqədar Azərbaycanın minlərlə vətəndaşının itkin düşməsi faktı da belə vəhşiliklərin miqyasına dəlalət edir. Belə insanların ümumi sayı 3890 nəfərdir, o cümlədən 719 mülki şəxs, onlardan 71-i uşaq, 267-si qadın və 326-sı ahıl şəxslərdir. Erməni silahlı qüvvələri tərəfindən geniş tətbiq edilən hiddətləndirici qəddarlıq nəzərə alınmaqla bu insanların salamat qalıb-qalmaması ciddi narahatlıq doğurur. Müəyyən edilib ki, itkin düşmüş insanlar arasında Azərbaycanın 872 vətəndaşı ya hərbi əsir, ya da girov kimi götürülüb, onlardan 605 nəfəri hərbi qulluqçu, 267 nəfəri dinc sakin, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl şəxs olub. Təqribən 30 il davam etmiş müharibə dövründə və Azərbaycan ərazilərinin işğal altında olduğu müddətdə Ermənistan itkin düşmüş azərbaycanlı şəxslər haqqında məlumat verməkdən, onların taleyini aydınlaşdırmaq üçün təhqiqat aparmaqdan imtina edib.

1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə baxmayaraq erməni silahlı qüvvələri belə adlandırılan təmas xəttinin o biri tərəfində yaşayan azərbaycanlı mülki şəxslərə hücumları davam etdiriblər. Belə ki, 1994-cü ilin may ayından 2020-ci ilin sentyabr ayına qədər 31 nəfər dinc azərbaycanlı qətlə yetirilib, 69 nəfər yaralanıb, evlərə, məktəblərə, xəstəxanalara və digər mülki obyektlərə ciddi ziyan vurulub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi daha sonra qeyd edir ki, 2020-ci ilin payızında hərbi əməliyyatların yenidən başlanması Ermənistan tərəfindən beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə etinasızlığın, sülh prosesinə ardıcıl olaraq əngəl törədilməsinin, Azərbaycanın işğal altında olan ərazilərini müstəmləkələşdirmək cəhdlərinin, qızışdırıcı və döyüşə çağıran bəyanatların, yerlərdə daimi təxribatların birbaşa nəticəsi olub. Ermənistan bu dəfə də özünün praktikasına “sədaqət” - müharibə qanunlarına və adətlərinə dərin nifrət nümayiş etdirərək Azərbaycanın mülki şəxslərinə birbaşa hücumlar edib, münaqişə zonasından kənarda, heç bir hərbi hədəf olmayan yerlərdə Azərbaycanın əhalisi sıx olan rayonlarına zərbələr endirib, bu zaman beynəlxalq səviyyədə qadağan edilmiş ağır silahlardan və kaset bombalarından istifadə edib, mülki əhalinin yaşadığı rayonları sistemsiz şəkildə minalayıb.

Y.Əliyevin vurğuladığı kimi, ermənilər tərəfindən belə hücumların tezliyi və vaxtı, o cümlədən Gəncə və Bərdə şəhərlərinin yaşayış məhəllələrinə gecə vaxtı raket zərbələrindən istifadə edilməsi onu göstərir ki, onların niyyəti Azərbaycanın mülki əhalisi arasında qurbanların sayını maksimuma çatdırmaq olub.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycanın 101 dinc sakini, o cümlədən 12 uşaq qətlə yetirilib, 400-dən çox dinc sakin yaralanıb, təqribən 84.000 nəfər öz evlərini tərk etməyə məcbur olub, 4300-dən çox fərdi yaşayış evi və çoxmənzilli bina, 500-dən çox başqa mülki obyekt dağıdılıb və ya zədələnib. Əsir götürülmüş azərbaycanlı hərbi qulluqçuların öldürülməsi halları, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədlərinin murdarlanması, azərbaycanlı hərbi qulluqçulara işgəncələr verilməsi, erməni əsirliyində olan şəxslərlə qəddar davranış halları sənədlərlə təsdiqlənib. Bundan əlavə, döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra 36 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, bu hadisələr zamanı daha 165 nəfər yaralanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn sistematik olaraq geniş miqyasda və müxtəlif formalarda pozulmasının inandırıcı sübutları aşkar edilib. Dağıntıların misilsiz miqyası, vandalizm və ölülərin qarət edilməsi faktları insanı şoka salır. Bundan əlavə, həmin ərazilərdə mülki şəxslərin kütləvi şəkildə basdırıldığı yerlər aşkar edilib.

Y.Əliyev yazır ki, Ermənistan hakimiyyəti onun nəzarəti altında və onun rəhbərliyi ilə müvafiq qüvvələr, agentlər, vəzifəli və digər şəxslər tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərə görə özünün məsuliyyətini hələ də inkar edir, təqsirkarları təqib etmək və cəzalandırmaqdan, bu pozuntulara görə müvafiq təzminat və ya kompensasiya təklif etməkdən boyun qaçırır. Bu mövqe heç də təsadüfi deyil, çünki Ermənistanın hakimiyyət orqanları hiddətləndirici “etnik uyğunsuzluq” konsepsiyasını uydurub, ermənilərin “üstünlüyü” ideyasını irəli sürüb, bütün azərbaycanlıları öz torpaqları ilə tarixi və mədəni əlaqələri olmayan “köçəri tayfa” adlandıraraq dəfələrlə ultra irqçi bəyanatlar veriblər.

2020-ci ilin payızında 44 günlük müharibə Ermənistanın yürütdüyü təcavüz, işğal və etnik təmizləmə siyasətinə son qoydu. Son dərəcə vacibdir ki, beynəlxalq birlik müharibənin gedişində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş vəhşicəsinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmasını təkidlə tələb etsin. Dövlətlərin beynəlxalq hüquqi məsuliyyət normaları, beynəlxalq insan haqları hüququ və beynəlxalq cinayət hüququ bunu tələb edir. Həmin cinayətkarların məsuliyyətə cəlb edilməsi törədilmiş cinayətlərin labüd nəticəsi, möhkəm sülh və barışıq yolunda hərəkətə başlamaq üçün zəruri şərt olmalıdır.

Y.Əliyev məktubunun sonunda qeyd edir ki, Azərbaycan ədalətin təmin edilməsi, öz Konstitusiyasına və qanunvericiliyinə, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa müvafiq olaraq təhlükəsizliyə hər hansı təhdidlərin qarşısının alınması və aradan qaldırılması, öz xalqının firavanlığı, suverenliyi və dövlətin ərazi bütövlüyü üçün səylərini davam etdirmək əzmindədir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb