AZƏRBAYCANIN BÖYÜK DOSTU, PROFESSOR İHSAN DOĞRAMACI VƏFAT ETMİŞDİR
Ankara, 25 fevral (AZƏRTAC). Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu İhsan Doğramacı 95 yaşında Ankarada vəfat etmişdir.
İhsan Doğramacı 1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində anadan olmuşdur. O, Türkiyənin Bilkənt Universitetinin qurucusu, Beynəlxalq Uşaq Səhiyyə Mərkəzinin sədri, YUNİSEF-in Türkiyə Milli Komitəsinin sədri, Beynəlxalq Pediatrlar Qurumunun fəxri sədri olmuşdur. Bir sıra nüfuzlu mükafatlar almış İhsan Doğramacı, Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeninə də layiq görülmüşdür.
Türkiyənin Prezidenti Abdullah Gül, parlamentin sədri Məhmət Əli Şahin və Baş nazir Rəcəb Tayyib Ərdoğan İhsan Doğramacının ailəsinə başsağlığı vermişlər. Mərhumun dəfn mərasimi fevralın 28-də keçiriləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:57]
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb
- 21.05.2026 [18:45]
Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO
- 21.05.2026 [14:04]
BMT-nin Baş katibinin müavini Azərbaycana səfərə gəlib
- 21.05.2026 [12:43]