Azərbaycanın dağ və dağətəyi rayonlarında qarölçmə işləri aparılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu ilin mart ayında Azərbaycanın dağ və dağətəyi zonalarındakı su ehtiyatlarının müəyyən edilməsi məqsədi ilə qarölçmə işləri aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qarölçmə işləri Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Naxçıvan Muxtar Respublikasında (MR) isə 5 marşrut üzrə həyata keçirilmişdir.
Məlum olmuşdur ki, Kiçik Qafqazın yüksək dağlıq çay hövzələrində qar örtüyü 2011-ci illə müqayisədə az, Böyük Qafqazda isə daha çoxdur.
Qarölçmə işlərinin nəticələrinə görə, Qanıx çayının hövzəsində qar örtüyünün orta sululuğu 237 (norma 77,9 mm), Əyriçay hövzəsində 153 (norma 72,8 mm), Şirvan çaylarının hövzələrində 221 (norma 53,6 mm), Böyük Qafqazın şimal-şərq yamacında 112 (norma 59,7 mm), Kiçik Qafqazın şimal-şərq yamacında 67,9 (norma 57,3 mm), Naxçıvan MR çaylarının hövzələrində 102 millimetr (norma 67,1 mm) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]