Azərbaycanın diaspor nümayəndələri Türkiyənin Odessadakı yeni baş konsulu ilə görüşüblər
Odessa, 24 oktyabr, AZƏRTAC
Ukraynanın Odessa şəhərində Azərbaycan diasporunun nümayəndələri ilə Türkiyənin yeni təyin olunan baş konsulu Sadin Ayyıldız arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, baş konsulluqda keçirilən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti üzrə sədr müavini Namiq Talıbov, konqresin fəalı İlham Əsgərov iştirak ediblər.
Görüşdə Azərbaycan və Türkiyə diasporlarının Ukrayna cəmiyyətinə birgə inteqrasiya məsələləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Türkiyə Ukraynanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etməli, bu ölkənin cəmiyyətinə inteqrasiya olunmalıdırlar.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]